İspaniyanın məşhur nəşri “Qarabağ”ı erməni klubu kimi təqdim etdi - FOTO

12:20 20 Oktyabr 2017

İspaniyanın məşhur idman nəşri "Mundo Deportivo" kobud səhvə yol verib.

 

Sportarena.az xəbər verir ki, "Atletico"nun futbolçusu Yannik Karrasko haqda dərc etdiyi yazıda ölkəmizin Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" kimi təqdim edib:

 

"Çolo"nun yetirmələri (Dieqo Simeonun ləqəbi) ötən gecə erməni "Qarabağ”ına qarşı oynadı. Rəqib kağız üzərində keçilən görünsə də, "Atletiko" qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını məyus etdi".


Daha sonra edilən müdaxilədən sonra nəşr səhvini düzəldib.

 
Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçirilən "Qarabağ" - "Atletiko” matçı qolsuz heç-heçə ilə nəticələnib.

 


Xəbər xətti