UEFA "Roma" ilə bağlı araşdırmalara başladı

14:30 20 Oktyabr 2017

UEFA “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” ilə bağlı araşdırmaya başlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı qitənin ali futbol qurumunun saytı yayıb. Araşdırmaya səbəb, ÇL-in qrup mərhələsi çərçivəsində keçirilmiş “Çelsi” - “Roma” oyununda “canavarlar”ın fanatlarının irqçi şüarlar və mahnı səsləndirməsi olub.

 

Xatırladaq ki, Londondakı “Stemford Bric” stadionunda keçirilmiş oyun 3:3 hesablı bərabərliklə nəticələnib.


Xəbər xətti