ÇL-də həftənin ən yaxşısı o oldu

15:45 20 Oktyabr 2017

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, UEFA-nın saytında keçirilən sorğuda 51 faiz səs toplayan “Liverpul”un misirli futbolçusu Məhəmməd Salah ÇL-də həftənin ən yaxşı oyunçusu seçilib. O, 33 faiz səs toplamış Cenk Tosunu (Beşiktaş) qabaqlayıb.

 

Xatırladaq ki, Salah bu həftə “Maribor”la səfər oyununda (7:0) 2 qol, 1 məhsuldar ötürməyə imza atıb. Bu, misirli hücumçunun cari mövsümdə ikinci belə uğurudu. Salah ÇL-in ilk həftəsində də ən yaxşı seçilmişdi.


Xəbər xətti