Cenk Tosun Avropa klublarının hədəfində - Amma "Beşiktaş" satmır

Sportarena.az      20 Oktyabr 2018, 16:18

“Beşiktaş”ın hücumçusu Cenk Tosun cari mövsümdə sərgilədiyi oyunla diqqət mərkəzinə düşüb. Avropanın bir neçə klubu Türkiyə millisinin də üzvü olan futbolçunu heyətində görmək üçün mübarizəyə başlayıb.

 

Sportarena.az xəbər verir ki, “Beşiktaş”ın prezidenti Fikrət Orman “Fanatik”ə açıqlamasında hücumçunu dövrələrarası fasilədə satmaq barədə düşünmədiklərini deyib:

 

“Cenk maşallah, son vaxtlar yaxşı oyun sərgiləyir. Hazırkı vəziyyətdə onu satmaq məntiqsizdi. Çünki hədəflərimiz var. Avropada və yerli çempionatda ikinci dövrə daha çətin keçəcək. Dövrələrarası fasilədə onu satmaram. Çempionlar Liqasında qələbəyə görə yaxşı mükafat verilir (1,5 milyon avro). Cenk də bizə qələbə qazandırır. Mövsümün sonunda daha yaxşı məbləğə sata bilərik”.

 

Xatırladaq ki, İngiltərənin “Kristal Pelas”, “Tottenhem” və “Nyukasl” kimi klubları hücumçunun xidmətində maraqlıdı. Bu klubların Cenk üçün “Beşiktaş”a 25 milyon avrodan yüksək təkliflə müraciət etmələri gözlənilir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin