"Arsenal" qışda Özili satacaq - Yeni klubunun adı açıqlandı

16:52 20 Oktyabr 2017

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil komandadan ayrılacağı dəqiqləşir.

 

Sportarena.az "Mirror"a istinadən xəbər verir ki, Almaniya millisinin üzvü karyerasını Premyer Liqanın digər klubunda davam etdirəcək. 29 yaşlı futbolçu “Manchester United”ə keçməyə çox yaxındır.

 

Nəşr türk əsilli futbolçunun komanda yoldaşlarına “qırmızı şeytanlar”la anlaşdığını dediyini də qeyd edib. "Arsenal" müqaviləsi mövsümün sonuna qədər olan ulduz futbolçunu qış fasiləsində sataraq, gəlir əldə etmək istəyir.

 

Xatırladaq ki, Məsut Özil “Arsenal”a 2013-cü ildə 42 milyon funt-sterlinq qarşılığında “Real”dan keçib.


Xəbər xətti