Neymar "pis niyyət" cəriməsi ödəyəcək

17:19 20 Oktyabr 2017

Neymar Braziliya məhkəməsi tərəfindən növbəti dəfə cərimələnib.

 

Sportarena.az,  ötən il 6,7 milyon avro cərimə ödəyən PSG-nin ulduz futbolçusu bu il də "pis niyyət"inə görə əlavə 1 milyon avro ödəyəcək. Buna səbəb reklamlardan əldə etdi məbləğin vergisini dövlət büdcəsinə gec köçürməsidi.

 

Xatırladaq ki, 2011-2013-cü illərdə "Santos"da çıxış edərəkən "Barcelona"ya transferi zamanı ümumilikdə 14 milyon avro həcmində vəsaiti vergi orqanlarının hesabına köçürməməsi aşkarlandığına görə, sambaçı cəzalanmışdı. 


Digər xəbərlər

Xəbər xətti