Lisenziyalaşdırma qrupunun iclası keçiriləcək

20:15 20 Oktyabr 2017

Oktyabrın 25-də, saat 10:30-da AFFA-nın inzibati binasında Lisenziyalaşdırma qrupunun Azərbaycan Premyer Liqası və birinci divizionda çıxış edən klub nümayəndələri üçün iclası keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, iclas aşağıda göstərilmiş mövzuları əhatə edəcək:

 

• 2018-19-cu il lisenziyalaşdırma mövsümünün açılışı
• Paket sənədlərin, yeni (Buraxılış 2017) lisenziyalaşdırma üzrə qaydaların təqdim olunması, qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat
• Ötən mövsümün icmalı
• Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı


Digər xəbərlər

Xəbər xətti