"Kəpəz"də itkilər

10:20 21 Oktyabr 2017

Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində Gəncə şəhər stadionunda "Neftçi"ni qəbul edəcək "Kəpəz" Nizami yurduna dünən yollanıb.

 

Sportarena.az xəbər verir ki, sözügedən kollektiv oyun öncəsi son məşqini matçın reallaşacağı arenada keçirib. Bu, "sarı-göylər"in yenilənmiş meydançada ilk məşqi olub. Təxminən 50 dəqiqə davam edən hazırlıq prosesi yüngül xarakter daşıyıb. Məşqçilər korpusu futbolçuları çox da yormayaraq son tapşırıqlarını verib.

 

Xatırladaq ki, tarixi derbidə Şəhriyar Əliyev cəzalı, Samba Diallo və İlkin Sadıqov isə zədəli olduğu üçün iştirak edə bilməyəcək.


Digər xəbərlər

Xəbər xətti