Əzizov oynamadı, komandası heç-heçə etdi

10:57 21 Oktyabr 2017

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 10-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi "Den Boş" da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Oss” komandasıyla qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Əzizov bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

"Den Boş" hazırda 15 xalla 20 klub arasında 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti