"Atletiko"nun futbolçusu "Qarabağ"la oyunda zədələnib

Sportarena.az      21 Oktyabr 2018, 11:58

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi İspaniya La Liqasının IX turu çərçivəsində sabah “Celta”nın qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, komandanın aparıcı futbolçularından Yannik Karrasko dünənki məşqdə iştirak etməyib. Həkim müayinəsindən sonra belçikalının sol dizində zədə aşkarlanıb. Onun oktyabrın 18-də “Qarabağ”la qarşılaşmanın 72-ci dəqiqədə əvəzlənməsi də məhz dizində ağrılar hiss etməsi ilə əlaqələndirilir. Karraskonun durumu tibbi testlərdən sonra müəyyənləşəcək.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Atletico” görüşü qolsuz bərabərliklə nəticələnib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin