Sportarena.az
25 Noyabr 2017

Donald Gerye: "Atletiko"ya qarşı qızım üçün oynadım" - MÜSAHİBƏ

12 Punto 14 Punto 16 Punto 18 Punto

Haiti milllisinin və "Qarabağ"ın futbolçusu Donald Gerye "Le Nouvelliste”yə müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir.


- Oktyabrın 14-ü qızınızın vəfatından sonra özünüzə gəlməyinizi gözlədik. Ancaq Haitidə Çempionlar Liqasında Dieqo Simeonenin "Atletiko”sun qarşı oynamağınıza çox sevindilər. Bu matçda oynamağa özünüzdə necə güc tapdınız?

- Miah Manettenin vəfatı məni bu matçda oynamağa məcbur etdi. Çünki meydana çıxmağımı istəyərdi. Bunu fikirləşib, özümdə güc tapdım. Miah üçün oynadım.

 

- Komandanız  ÇL-in qrup mərhələsini tarixində ilk xalını qazandı. Bundan əvvəl ÇL-in qrupuna düşdüyünüz üçün Azərbaycanda hamının sevindiyini demişdiniz. Bəs, qolsuz heç-heçəyə necə münasibət göstərdilər?

- Hər kəs bu nəticədən razı qaldı. Bu, futbolun nəticəsinin proqnozlarla deyil, meydanda müəyyənləşməsinin sübutudur. Bütün dünya "Barselona” ilə heç-heçə edən "Atletiko”nun qalib gələcəyini düşünürdü. Lakin nəticə hər şeyi göstərdi.

 

- "Qarabağ” "Çelsi" ilə matçla müqayisədə, "Atletiko” ilə görüşdə taktiki irəliləş etdi. Bu qədər tez öyrənmək üçün nə etdiniz?

- İrəlilişimə gəldikdə, deyərdim ki, komandamız çətin matçlarda oynamağa adət etmiş peşəkar futbolçulardan təşkil olunub. Tez adaptasiya olmağımız normaldır.

 

- Qızınızın vəfatındansonra "Atletiko”ya qarşı oynamaq üçün kim sizi motivasiya etdi?

- Miah doğulan zaman virusa yoluxmuşdu. Bu, anasının yaxın qohumu xəstəxanaya gələn zaman onu öpdüyü üçün baş vermişdi. Həmin qadının ağzının küncündə yara vardı, oradan keçib. . Virus beyinə keçdiyi üçün yeni doğulmuş uşaqlar üçün təhlükəlidir. Virus tez yox olmasa, gələcəkdə uşağın ayaqlarının iflic olmasına gətirib çıxardır. Xoşbəxtlikdən iflic olmağın qarşısını almaq üçün virusa yoluxduğunu tez öyrənmişdik. Lakin bu, digər fəsadların qarşısını almaq üçün kifayət deyil. Virus məhv edilsə də, həkimlər bizi Miahda epileptik tutmanın olacağı barədə xəbərdar etmişdilər. Bu hal baş verən zaman ona təcili kömək etmək lazım idi. Tədricən bu cür tutmalar azalmışdı və Miah yaxşı idi. Lakin ötən cümə axşam vaxtı yataqda uzandığı vaxt tutma baş verdi və ona qalib gəldi.

 

- Anası bu faciəyə necə reaksiya verdi?

- O çarəsizdir.

 

- "Atletiko” ilə oyunda psixoloji baxımdan problem yaşamamaq üçün komanda ilə nə etdiniz?

- Diqqət yetirsəydiniz, meydana qolumda Haiti bayrağı ilə çıxğımı görərdiniz. Biz haitilər problemlərə və çətinliklərə öz mədəniyyətimizdən irəli gələn formada reaksiya veririk. Buna görə də problemlər qarşısında yaşamağa davam etməliyik. Mənim üçün işim Miahı sevməyə davam etmək üçün yeganə vasitədir.

Tarix
21.10.17 [12:17]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

25 Noyabr
24 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio