Tərlan Əhmədov: "Gəncəyə 3 xal qazanmaq üçün gəlmişdik"

18:15 21 Oktyabr 2017

“Neftçi”-nin baş məşqçisi Tərlan Əhmədov Az'rbaycan Premyer Liqasında 9-cu turun “Kəpəz” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, o, bunları deyib: 

 

“Ağır olacağını bilirdik. Gəncəyə 3 xal qazanmaq üçün gəlmişdik. Futbolçulara minnətdaram ki, sonadək mübarizə aparıb buna nail oldular. Azarkeşlərimizə də təşəkkür edirəm, Bakıdan bura gəlib bizimlə 90 dəqiqə həyəcan yaşadılar, dəstək verdilər. Onları sevindirdiyimiz üçün çox şadam. Bu mövsüm “Kəpəz”in Gəncədəki ilk oyununun bizimlə olması ajiotajın nə qədər böyük olacağından xəbər verirdi. Bunu və 4:0-lıq qələbədən sonra yaranmış arxayınçılığı nəzərə alıb komandanı bu qarşılaşmaya bacardığımız qədər kökləmişdik. Ümumilikdə istədiyim oyun alınmasa da, vacib olan 3 xalı qazandıq”.


Xəbər xətti