Vüqar dubl etdi

10:47 22 Oktyabr 2017

Futbol üzrə Latviya birinci liqasında 25-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - “Olayne” də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Qrobinas”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0.

 

Əsgərov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Komandasının iki qolunu da Vüqar vurub. “Olayne”nin ən məhsuldar futbolçusu olan həmyerlimiz 62 (penalti) və 66-cı dəqiqələrdə fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 19-a çatdırıb.

 

“Olayne” 25 turdan sonra 47 xalla 12 komanda arasında 2-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti