Qurban Qurbanov: "Nə vaxtsa məğlub olmalı idik"

22:45 22 Oktyabr 2017

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 0:1 hesablı məğlubiyyəti haqda bunları söyləyib:

 

“Maraqlı oyun oldu. Sadəcə, az qol vuruldu. Futbolçularımızdan razı qaldım. Heyətdə rotasiyalar etmişdik. Komanda çalışdı ki, düzgün oynasın. Çoxlu yaxşı kombinasiyalarımız oldu. Nə vaxtsa məğlubiyyət olmalıydıq. Bu da Qəbələdə baş verdi. Rəqibi təbrik edirəm. Qarşıda vaxtımız var. Komandanı optimal formaya çatdırmalıyıq. Çatışmazlıqlarımız var. Belə oyunlarda hansısa oyunçunun olmaması problem yaradır. Az vaxtda düzgün çalışmalı və həm çempionat, həm də Çempionlar Liqası oyununa hazırlaşmalıyıq".


Xəbər xətti