Simeone: "Bakıda heç-heçə edəndə üzülmədim"

Sportarena.az      23 Oktyabr 2018, 11:17

“Mənim çox güclü və rəqabətə meylli komandam var. Son 6 il yarımda olduğu kimi mübarizə aparmağa davam edəcəyik”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib. Argentinalı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçirdikləri oyuna da toxunub:

 

“Mövsümün gedişində fərqli vəziyyətlər yarana bilər. Futbol asan deyil. Biz də hazırda bu vəziyyətdəyik. Nə Bilbaoda qələbə qazananda çox sevindim, nə də Bakıda heç-heçə edəndə üzüldüm. Çünki bunlar üçün vaxt yoxdur. Çalışıb, vəziyyətdən çıxmalıyıq. İnanıram ki, “Atletiko” doğru yolu tapacaq”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin