Sportarena.az
21 Noyabr 2017

Simeone Karraskonu cəzalandırdı - "Qarabağ"la oyundakı hərəkətinə görə

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atletiko”nun yarımmüdafiəçisi Yannik Karraskonun İspaniya La Liqasının 9-cu turu çərçivəsində baş tutmuş “Selta” ilə səfər oyununa (1:0) aparılmamasının səbəbi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, belçikalı futbolçu əvvəlcədən açıqlandığı kimi zədə yox, cəza səbəbindən kənarda qalıb. Bu barədə məlumatı İspaniyanın AS nəşri yayıb. Xəbərdə Karraskonun Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ”la Bakıdakı oyunda etdiyi hərəkətə görə cəzalandırıldığı qeyd edilib.

 

Olimpiya stadionunda baş tutmuş görüşün 72-ci dəqiqəsində əvəzlənən Karraskonun meydanı ləng addımlarla tərk etməsi azarkeşlərin və komanda yoldaşlarının etirazlarına səbəb olub. Nəşrdə yer alan məlumata görə, hətta paltardəyişmə otağında futbolçuyla komanda yoldaşları arasında mübahisə də yaşanıb. Komandanın qələbəyə ehtiyacı olduğu bir zamanda Karraskonun bu cür laqeyd rəftarından qəzəblənən Simeone isə onu Viqoya gedən heyətə daxil etməyib.

 

Xatırladaq ki, “Qarabağ” - “Atletiko” görüşü qolsuz bərabərliklə nəticələnmişdi.

Tarix
23.10.17 [12:17]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

21 Noyabr
20 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio