Sportarena.az
23 Noyabr 2017

Sabiq "Milan"lı Tblisinin meri oldu

12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan millisinin sabiq kapitanı Kaxa Kaladze Tbilisi meri vəzifəsinə seçkilərdə qalib gəlib.

 

Sportarena.az xəbər verir ki, xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Tbilisidə 737 seçki məntəqəsi üzrə səslərin hesablanmasından sonra Kaladze 51,06 faiz səs toplayıb.

 

Qeyd edək ki, keçmiş müdafiəçi karyerası ərzində Tbilisi və Kiyevin “Dinamo”, İtaliyanın "Milan" və "Cenoa"  klublarında çıxış edib. Kaladze "Milan"da çıxış edərkən Çempionlar Liqası (iki dəfə) da daxil olmaqla bütün mümkün turnirlərin qalibi olmağı bacarıb. O, ölkəsində və Ukraynada da ölkə çempionatının və kubokunun qızıl medallarına yiyələnib. Siyasi karyerasına Gürcü Arzusu Partiyasında başlayan Kaladze 2012-ci ildə Gürcüstanın Energetika naziri təyin edilib.

Tarix
23.10.17 [12:36]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Noyabr
22 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio