"Qarabağ" 236, "Zirə" 222 gündən sonra

Sportarena.az      23 Oktyabr 2018, 13:48

Azərbaycan Premyer Liqasının ilk 8 turunu məğlubiyyətsiz arxada qoyan hər iki komanda həftəsonu keçirilən görüşlərdə seriyasının qırılmasına üzülüb. 

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, 9-cu turadək ilk 2 pillədə qərarlaşan “Qarabağ”la “Zirə” səfər görüşlərində uduzmaqla mövsümdə ilk məğlubiyyətini alıb.

 

Sumqayıtda meydan sahiblərinə 1:2 hesabı ilə yenilən zirəlilər 14 matçlıq seriyanı davam etdirə bilməyib. Ayxan Abbasovun yetirmələri sonuncu dəfə 222 gün öncə uduzmuşdu. Bu il martın 13-də səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduqdan sonra bakılılar ötən mövsümün 6, cari mövsümün 8 matçından xalsız ayrılmamışdı.

 

“Qəbələ”yə rəqib meydanında 0:1 hesabı ilə uduzan “Qarabağ”ın seriyası daha uzun sürüb. Ötən mövsüm son 8, cari mövsümdə isə 7 qarşılaşmada uduzmayan Qurban Qurbanovun yetirmələri 15 matçlıq seriya ilə vidalaşıb. 236 gündən sonra xalsız qalan ağdamlılar sonuncu dəfə fevralın 28-də “İnter”lə ev oyununda yenilmişdi - 0:1

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin