Sportarena.az
23 Noyabr 2017

"Qarabağ" Kuba Ensiklopediyasında - FOTO

12 Punto 14 Punto 16 Punto 18 Punto

Kuba Elmi və Texnoloji Məlumat İnstitutu nəzdində fəaliyyət göstərən “EcuRed” internet Ensiklopediyasına (www.ecured.cu) Azərbaycanın “Qarabağ” futbol klubu haqda məqalə əlavə edilib.

 

Sportarena.az xəbər verir ki, bu haqda Azərbaycanın Kubadakı səfirliyindən məlumat verilib.

 

Məqalədə “Qarabağ” FK-nın yaranma tarixindən bəhs edilir, Azərbaycan futbolunda ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayan “Qarabağ” klubunun rəsmi olaraq ölkəmizin işğal edilmiş Ağdam rayonuna məxsus olduğu bildirilir. Məqalədə qeyd olunur ki, Dağlıq Qarabağın, o cümlədən Ağdam şəhərinin 1993-cü ildə Ermənistan tərəfindən işğal edildiyindən sonra “Qarabağ” futbol komandası müvəqqəti olaraq paytaxt Bakı şəhərində məskunlaşıb. Daha sonra Ensiklopediyada “Qarabağ” futbol klubunun rəmzləri, o cümlədən özündə Qarabağ atlarını əks etdirən klubun emblemi, həmçinin “Qarabağ” FK-nın oyun üslubu, tarixi nəticələri və komandanın baş məşqçisi Qurban Qurbanov haqda məlumatlar verilir.

 

Qeyd etmək lazımdır ki, rəsmi statistikaya əsasən “EcuRed” internet Ensiklopediyası Kubanın dövlət və hökumət təşkilatları, o cümlədən ali təhsil ocaqları, yerli kütləvi informasiya vasitələri tərəfindən istinad edilməsi üçün ən çox istifadə olunan məlumat mənbəyi və Kubada ən çox ziyarət olunan internet portalıdır.

 

“EcuRed” Ensiklopediyasına əlavə edilmiş sözügedən məqalənin internet ünvanı: https://www.ecured.cu/Equipo_de_f%C3%BAtbol_Karabaj_Agd%C3%A1m

 

Tarix
23.10.17 [15:57]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Noyabr
22 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio