2017-ci ilin "Qızıl oğlan"ı müəyyənləşdi

16:53 23 Oktyabr 2017

PSJ-nin hücumçusu Kilian Mbappe “GOLDEN BOY” mükafatına layiq görülüb.

 

Sportarena.az xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşrinin bu mükafatı hər il ən yaxşı gənc futbolçuya (21 yaşa qədər) təqdim olunur. Avropanın aparıcı nəşrləri arasında keçirilən sorğunun nəticələrinə görə, bu il mükafatı Mbappe qazanıb.

 

Mbappe ötən mövsümü “Monako”da keçirib. O, bu klubun heyətində 44 oyunda 26 qol vurub. Mövsümün sonunda isə icarə əsasındaPSJ-yə keçib. Klub arasında razılığa görə, icarə müqaviləsi başa çatdıqdan sonra Paris klubu 165 milyon avro qarşılığında Mbappeni transfer hüququna yiyələnəcək.

 

Qeyd edək ki, ötən il “GOLDEN BOY” mükafatını “Bavariya”nın futbolçusu Renato Sançeş almışdı. O, hazırda icarə əsasında “Suonsi”də çıxış edir.


Digər xəbərlər

Xəbər xətti