"Qarabağ" "Qəbələ"ni məğlub etdi

17:47 23 Oktyabr 2017

Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən komandaların əvəzedicilərinin çempionatında 9-cu tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, turun son matçında 1-ci pillənin sahibi “Qəbələ” öz meydanında bu görüşə kimi sonuncu olan “Qarabağ”la qarşılaşıb.

 

Matç qonaqların 2:1 hesablı gözlənilməz qələbəsi ilə yekunlaşıb. Günün digər oyununda isə "Zirə" səfərdə "Sumqayıt"ı üstələyib.

 

Əvəzedicilər, 9-cu tur

“Kəpəz” 0:1 “Neftçi”

Qol: Fərid Mahmudov 30

 

“Səbail” 2:1 “İnter”

Qol: Vüsal Buludlu 18, Təyyar Məmmədov 80 - Əlibəy Məmmədli 23

 

“Sumqayıt” 0:1 “Zirə”

Qol: Əmrah Bayramov 52

 

“Qəbələ” 1:2 “Qarabağ”

Qollar: Ülvi İsgəndərov 70 - Famil Süleymanov 61, 90+3


Digər xəbərlər

Xəbər xətti