Millimizin heyəti açıqlandı

18:17 23 Oktyabr 2017

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması oktyabrın 25-də, 28-də və 31-də Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarını keçirəcək. Yığmamızın mübarizə aparacağı 4-cü qrupun oyunları Albaniyada təşkil olunacaq.

 

Sportarena.az xəbər verir ki, futbolçularımız ilk oyununu Ukrayna, ikinci qarşılamasını İspaniya, qrupun son matçını isə Albaniya komandasına qarşı keçirəcək. İlk iki oyun Bakı vaxtı ilə saat 14:00-da, son qarşılaşma isə saat 16:00-da başlayacaq.

 

Yığmamızın seçmə mərhələ oyunları üçün heyətini diqqətinizə çatdırırıq:

 

Abdulova Nigar - Qəbələ
Topçu Sudə - 1207 Antalya Döşəməaltı Bələdiyyəspor (Türkiyə)
Bozdağ Pəritan - Konak Bələdiyyəspor (Türkiyə)
Əhmədova Ayşən - Gənclik (Şəki)
Hüseynova Cəmilə - Qubek (Balakən)
Qasımova Həqiqət - Təhsil (Bakı)
Hacıyeva Vüsalə - Sumqayıt
Seyfətdinova Vüsalə - Gənclik (Şəki)
Uyğun Dilgə - Ayntraxt (Frankfurt, Almaniya)
Tas Öznur - 1207 Antalya Döşəməaltı Bələdiyyəspor (Türkiyə)
İbadova Aytən - Qubek (Balakən)
Teymurova Firəngiz - Konak Bələdiyyəspor (Türkiyə)
Qurqenidze Nino - Martve (Kutaisi, Gürcüstan)
Sərdarlı Rövşanə - Gənclik (Şəki)
Özdemir Mərvə - Ayntraxt (Frankfurt, Almaniya)
Özkumru Muazəz Yağmur - Konak Bələdiyyəspor (Türkiyə)
Kanpara Çağla Miray - Herta 03 Zehlendorf (Berlin, Almaniya)
Özdemir Ülkü - Montabaur (Montabaur, Almaniya)
Əliyeva Arzu - Sumqayıt
Özdemir Hatice - Montabaur (Montabaur, Almaniya)


Xəbər xətti