FİFA ilin ən yaxşılarını açıqlayacaq

Sportarena.az      23 Oktyabr 2018, 18:40

Bu gün İngiltərənin paytaxtı Londonda FİFA ilin ən yaxşılarını mükafatlandıracaq.

Sportarena.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. 2017-ci ilin ən yaxşı kişi futbolçusu adı uğrundaKriştiano Ronaldo ("Real Madrid”, İspaniya), Lionel Messi ("Barselona”, İspaniya) və Neymar (PSJ, Fransa) yarışır.
  
İlin ən yaxşı baş məşqçisi adına isə Zinəddin Zidan ("Real Madrid”, İspaniya)  Antonio Konte ("Çelsi”, İngiltərə) və Massimiliano Alleqri ("Yuventus”, İtaliya) iddialıdır.

Ən yaxşı qapıçı adına namizədlər isə bunlardır: Canluici Buffon ("Yuventus”, İtaliya), Keylor Navas ("Real Madrid”, İspaniya), Manuel Noyer ("Bavariya”, Almaniya).

Bundan başqa, ilin ən yaxşı qadın futbolçusu və azarkeşləri də seçiləcək.

Qeyd edək ki, qalib, millilərin məşqçiləri və kapitanları, jurnalistlər və azarkeşlərin səsverməsinə əsasən müəyyənləşir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin