İlin ən yaxşıları müəyyənləşdi

00:04 24 Oktyabr 2017

Bu gün İngiltərənin paytaxtı Londonda FİFA ilin ən yaxşılarını mükafatlandırıb. 

 

Sportarena.az xəbər verir ki, “Palladium” teatrında baş tutacaq "The Best" adlı tədbir Bakı vaxtı ilə saat 21:30-da start götürüb.

 

2017-ci ilin ən yaxşı kişi futbolçusu adına portuqaliyalı Kriştianu Ronaldu (“Real Madrid”, İspaniya) layiq görülüb. O, argentinalı Lionel Messi (“Barselona”, İspaniya) və braziliyalı Neymarı (PSJ, Fransa) üstələyib.

 

Fransalı Zinəddin Zidan (“Real Madrid”, İspaniya) isə ilin ən yaxşı məşqçisi seçilib. Zidan Antonio Konte (“Çelsi”, İngiltərə) ilə Massimiliano Alleqri (“Yuventus”, İtaliya) geridə qoyub.

 

FİFA ilk dəfə qapçılıları da mükafatlandırıb. Ən yaxşı adına italiyalı Canluici Buffon (“Juventus”, İtaliya) layiq görülüb. O, kosta-rikalı Keylor Navas (“Real Madrid”, İspaniya) və Manuel Noyeri (“Bavariya”, Almaniya) qabaqlayıb.


Ən yaxşı azarkeş adına isə Şotlandiyanın “Seltik” klubunun fanatları layiq görülüb.

 

Tədbirdə həmçinin ilin ən yaxşı qolunun müəllifinə “Ferents Puşkaş” mükafatı təqdim olunub. Bu mükafata "Arsenal"ın fransalı hücumçusu Olivye Jiru layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti