Fərid oynadı, “Slaviya” uduzdu

10:21 24 Oktyabr 2017

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 12-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Yablonets”lə qarşılaşıb. Praqa təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4. Fərid də bu görüşün iştirakçısı olub. U-19 millimizin kapitanı 46-cı dəqiqədə meydana buraxılıb.

 

“Slaviya”nın U-21 komandası geridə qalan turlarda 14 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 8-ci sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti