"Qalatasaray" azarkeşlərinin açdığı pankart qalmaqala səbəb oldu - FOTO

10:58 24 Oktyabr 2017

Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində baş tutmuş “Qalatasaray” - “Fənərbaxça” oyununda (0:0) meydan sahiblərinin azarkeşlərinin açdığı pankart qalmaqala səbəb olub.

 

Sportarena.az xəbər verir ki, “TT Arena”da keçirilən İstanbul derbisində “cim-bom”un fanatları məşhur “Rokki” filmində aktyor Silvestr Stallonenin yaratdığı Rokki Balboa obrazının böyük şəklini açıb, “Siz diz çökdüyünüz üçün onlar böyük görünürlər, ayağa qalx!” bannerini də nümayiş etdiriblər.

 

Ancaq bu bannerin açılması birmənalı qarşılanmayıb. Bəziləri bunu FETÖ terror təşkilatına dəstək kimi dəyərləndiriblər. Bu cür iddialardan sonra “Qalatasaray” klubu rəsmi bəyanat yayaraq, bu cür iddiaların həqiqətəuyğun olmadığını, bunun kluba və azarkeşlərə qarayaxma kampaniyası olduğunu bildirib.

 

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Türkiyənin baş naziri Binali Yıldırım sözügedən pankartla bağlı araşdırma başlanması ilə bağlı göstəriş verib.

 


Xəbər xətti