"Real" Harri Keynin qiymətini açıqladı - Fantastik rəqəm

14:10 24 Oktyabr 2017

“Real”ın prezidenti Florentino Peres “Tottenhem”in futbolçusu Harri Keynin qiyməti barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, Peres “Tottenhem”in futbolçuya görə 250 milyon avro tələb etdiyini bildirib. Peres bu qiymətin onları qane edib-etmədiyi barədə açıqlama verməyib:

 

“Mən Keynə görə “Tottenhem” rəhbərliyi ilə əlaqə saxlamamışam. Hətta dəqiqləşdirməyə də ehtiyac yoxdu. Bilirəm ki, onlar futbolçuya görə 250 milyon avro istəyirlər”.


Digər xəbərlər

Xəbər xətti