"Kəpəz" azarkeşləri ilə futbolçu arasında gərginlik - Nə baş verir? - AÇIQLAMA

14:32 24 Oktyabr 2017

"Kəpəz"in cari mövsümdəki uğursız çıxışı azarkeşlərin səbr kasasını daşdırıb.

 

Sportarena.az xəbər verir ki, ölkənin ən köklü klubunun 9 oyundan sonra 4 xalla sonuncu sırada qərarlaşıb. Fanatlar ötən tur Gəncə şəhər stadionunda mövsümdə ilk oyununa çıxan "Kəpəz"in onların önündə əzəli rəqibi "Neftçi" üzərində qələbə qazanaraq uğursuzluq zolağından çıxacağını gözləyirdilər. Amma onların istəyi reallaşmadı. Son oyunlarda qəbələrini sıralayan paytaxt klubu Gəncədən qələbə ilə ayrıldı (0:1).

 

Bu məğlubiyyət azarkeşləri hiddətləndirib. "Xəmsə" azad azarkeş qrupunun "Facebook" səhifəsindəki paylaşım belə deməyə əsas verir. Futbolçular fanatlar tərəfindən sərt şəkildə tənqid edilməyə başlanılıb. Artıq oyunçulardan biri ilə azarkeşlər arasında kiçik gərginlik yaşanıb. Belə ki, komandanın müdafiəçisi Dedimar Fereyra azarkeşlərin təzyiqinə dözməyərək sosial şəbəkədəki hesabında "Kəpəz" formasıyla yerləşdirdiyi fotoları silib. Onun bu addımı da azarkeşləri özündən çıxarıb və etirazlara səbəb olub.

 

Məsələ ilə bağlı "Kəpəz"in  fan-klublarla iş üzrə əlaqələndirici Elmar Əliyevlə əlaqə saxladıq. Klub rəsmisi baş verən hadisə ilə bağlı bunları dedi:

 

"Xəmsə" fan-klubu azad azarkeş qrupudur. Onların bu hərəkəti heç də düzgün deyil. Komandanın çətin günlərində azarkeşlərin futbolçulara qarşı aqressiv davranmasını doğru qərar hesab etmək olmaz. Fereyra bizim komandamızın futbolçusudu, yad adam deyil. Hamımız bir məqsəd uğrunda çalışırıq. Bir olmalıyıq. Bu məsələ ilə bağlı azarkeşlərlə söhbətimiz olacaq".

 

Heybət Məmmədov

 


Digər xəbərlər

Xəbər xətti