"Kəpəz" məşqlərə başladı

15:56 24 Oktyabr 2017

Azərbaycan Premyer Liqasının 10-cu turunda “İnter”lə oynayacaq “Kəpəz” qarşıdakı matçın hazırlıqlarına start verib.

 

Sportarena.az xəbər verir ki, “Neftçi”yə qarşı oyundan sonra (0:1) bərpaedici prosedurdan keçən komanda üzvləri bir gün istirahət edərək, bu gündən məşqlərə başlayıblar. Komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlıq keçir.

 

“Sarı-göylər”in oktyabrın 25-i və 26-na olan çalışmaları da eyni məkanda saat 11:30-da olacaq.


Xəbər xətti