Ədalət Şükürov "Keşlə" üçün oxuyacaq - VİDEO

16:36 24 Oktyabr 2017

Oktyabrın 28-də “Kəpəz”lə qarşılaşacaq “İnter” bu matça ilk dəfə “Keşlə” adı altında çıxacaq.

 

Sportarena.az xəbər verir ki, bakılılar yeni adının təqdimetmə mərasimini keçirəcək. Mərasimdə musiqili hissə də nəzərdə tutulub . Belə ki, fasilədə müğənni Ədalət Şükürov da oxuyacaq.

 

Tanınmış müğənni "Keşlə"nin "facebook" səhifəsi vasitəsilə azarkeşlərə müraciət edərək, onları qarşılaşmaya dəvət edib.

 

Qeyd edək ki, sözügedən matç saat 15:00-da “İnter Arena”da start götürəcək.

 

 


Digər xəbərlər

Xəbər xətti