"Qarabağ"ın futbolçusu Almaniyada əməliyyat olunacaq

10:13 25 Oktyabr 2017

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov bu gün Almaniyaya yollanıb.

 

Sportarena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Atletiko” klubu ilə ev oyununun ikinci hissəsində zədələnərək sıradan çıxan futbolçunun əməliyyat olunmasına ehtiyac duyulub. Bu üzdən də o, Almaniyaya göndərilib.

 

Təcrübəli müdafiəçinin təxminən 15-20 gün sonra fərdi məşqlərə başlaması gözlənilir. Onun yaşıl meydana dəqiq hansı tarixdə qayıdacağı isə bilinmir.


Xəbər xətti