“Neftçi” - “Sumqayıt” matçının başlama saatı açıqlandı

13:21 25 Oktyabr 2017

Azərbaycan Premyer Liqasında 10-cu turun oyun cədvəli müəyyənləşib. 

 

Sportarena.az xəbər verir ki, bu tur çərçivəsində keçiriləcək "Neftçi" - "Sumqayıt" qarşılaşması oktyabrın 29-da "Bakcell Arena"da baş tutacaq və saat 18:00-da start götürəcək.

 

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı görüş isə 30 oktyabr tarixində Binə qəsəbə stadionunda keçiriləcək və saat 15:00-da başlanacaq.

 


Xəbər xətti