"Valensiya"nın futbolçusu 5 il əvvəlki vərəqənin cəzasını indi çəkəcək

15:29 25 Oktyabr 2017

Ceffri Kondoqbia 2012/13 mövsümündə gördüyü vərəqənin cəzasını indi çəkəcək.
 
Sportarena.az xəbər verir ki, fransız futbolçu 2013-cü ilin 27 fevralında "Sevilya" forması ilə "Atletiko"ya qarşı oynadığı "Kral Kuboku"nda qırmızı vərəqə ilə meydandan qovulmuşdu. Həmin mövsümün sonunda "Monako"ya transfer olan, orda iki il oynadıqdan sonra "İnter"ə keçən futbolçu, bu mövsüm "Valensiya" ilə anlaşıb İspaniyaya qayıtdı. 
 
Bu haqda Fransa və İtaliyanın ali futbol qurumlarına bildirməyən İspaniya Futbol Federasiyası 5 il öncəki qırmızı vərəqənin cəzası çəkilmədiyi üçün, bu gecə və oktyabrın 29-da "Saraqosa" ilə oynanılacaq "Kral Kuboku" matçlarında Kondoqbianın forma geyə bilməyəcəyini açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti