AFFA-da klublar üçün iclas oldu

16:11 25 Oktyabr 2017

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma qrupunun Azərbaycan Premyer Liqası və 1-ci divizionda çıxış edən klub nümayəndələri üçün 2018-19-cu il lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda aşağıda qeyd olunmuş mövzular haqqında ətraflı məlumat verilib:

- Paket sənədlərin, yeni (Buraxılış 2017) lisenziyalaşdırma üzrə qaydaların təqdim olunması, qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat
- Ötən mövsümün icmalı
- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı

 

İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.


Digər xəbərlər

Xəbər xətti