İŞİD Messini hədələdi - FOTO

16:27 25 Oktyabr 2017

Terror təşkilatı İŞİD gələn il Rusiyada təşkil ediləcək dünya çempionatı ilə bağlı təhdid mesajı yayımlayıb.

 

Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, terror təşkilatı Rusiyada stadionları partladacaqları barədə təhdid mesajları yayıb. Terrorçular təhdidləriylə bağlı bir neçə foto-kollaj da yayıblar. Bu fotolardan birində “Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi dəmir barmaqlıqlar arxasında, gözündən qanlı yaş axan yerdə təsvir edilib.

 

Fotolarda mundialın final oyununun keçiriləcəyi Moskvadakı “Lujniki” stadionuna baxan terrorçu da təsvir edilib. Terrorçular fotolarla yanaşı, “bizim üçün gözləyin” mesajı da veriblər.

 


Digər xəbərlər

Xəbər xətti