Millimiz qələbə ilə başladı

16:55 25 Oktyabr 2017

Azərbaycanın 19 yaşadək qızlardan ibarət futbol komandası bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, yığmamız Albaniyanın paytaxtı Tirananın "Kamza" stadionunda Ukrayna komandası ilə qarşılaşıb. Oyun millimizin qələbəsiylə başa çatıb. Merve Özdemirin qolu ilə hesabı açan komandamız matçın son saniyələrində ikinci topu rəqib qapısından keçirib. Bu dəfə Vüsalə Seyfəddinova fərqlənib.

 

Bu qrupun digər oyununda İspaniya ilə Albaniya qarşılaşacaq. Həmin matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

 

AÇ-nin seçmə mərhələsi (U-19, qızlar). 4-cü qrup

25 oktyabr

Azərbaycan - Ukrayna 2:0 

Qol: Merve Özdemir, 40. Vüsalə Seyfəddinova, 90+3.


Digər xəbərlər

Xəbər xətti