Striptiz idman növü kimi qəbul olundu

18:42 25 Oktyabr 2017

Striptiz kimi tanınan pole və ya dirək rəqsi  rəsmən idman növü kimi qəbul olunub.

 

Sportarena.az xəbər verir ki, 41 yaşlı rəqqasə Keti Kotas Beynəlxalq İdman Birliyi ilə 11 illik mübarizədən qalib ayrılıb və pole rəqsini idman növü kimi qəbul etdirib. 

 

Növbəti hədəfinin bu idman növünün Olimpiya Oyunlarının proqramlarına daxil edilməsi olan Keti açıqlamasında insanların yanlış təəssüratlarından gileylənib: "2000-ci illərdə insanlar pole rəqsindən fitnessdə istifadə etməyə başladı. Beləliklə, bu rəqs seks və ya cinsi əlaqə utancı olmaqdan çıxdı. Mən də belə bir mübarizəyə başladım. Pole rəqsi heç də insanların düşündüyü kimi bir şey deyil. Həqiqi idman növüdür. Bunu anlamaq üçün izləmək lazımdır".

 

Pole rəqsi ilə məşğul olanlar ciddi idman təhsili alacaq, hətta doping testindən də keçəcəklər. 


Digər xəbərlər

Xəbər xətti