"Sumqayıt" "Neftçi" ilə oyuna Cavidsiz hazırlaşır

10:46 26 Oktyabr 2017

Premyer Liqanın 10-cu turu çərçivəsində “Neftçi”nin qonağı olacaq “Sumqayıt” məşqlərini davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün saat 15:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında növbəti məşqini keçirib. Ötən tur “Zirə” ilə qarşılaşmanın gedişində zədə alan Cavid Tağıyev məşq prosesində iştirak etməyib. Əvəzedici heyətdən Ramazan Həsənov və Fərid Kərimzadə əsas komanda ilə birgə çalışıb. Təxminən 1.5 saat davam edən hazırlıq prosesində daha çox toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.

 

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” qarşılaşması 29 oktyabr, saat 18:00-da “Bakcell Arena”da keçiriləcək.


Xəbər xətti