"Roma"dan növbəti qələbə - VİDEO

11:00 26 Oktyabr 2017

Futbol üzrə İtaliya A Seriyasında 10-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Roma” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Krotone” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyunda minimal hesabla qalib gəlib - 1:0. “Canavarlar”ın yeganə qolunu 10-cu dəqiqədə penaltidən dəqiq yararlanan Dieqo Perotti vurub.

 

Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi hazırda 21 xalla 5-ci pillədə qərarlaşıb.

 

 


Digər xəbərlər

Xəbər xətti