PSJ-nin prezidenti Türkiyə klubunu alır?

11:16 26 Oktyabr 2017

PSJ-nin prezidenti Nasser Əl-Xəlafi Türkiyədən klub almağa hazırlaşır.

 

Sportarena.az "Fanatik"ə istinadən xəbər verir ki, onun prezidenti olduğu "Bein sports" şirkəti Superliqa təmsilçisi "Başakşəhər"in səhmlərini almaq barədə razılıq əldə edib. Gələn ilin yanvar ayından tərəflər arasında müqavilənin imzalanması gözlənilir.

 

Qeyd edək ki,  “Bein Sports” şirkəti Türkiyə Superliqasının qarşıdakı 5 il ərzində yayım hüquqlarını alıb.


Xəbər xətti