Prosineçki: "Azərbaycan yığmasının mənim iddialarıma cavab verdiyinə əmin deyiləm”

15:34 26 Oktyabr 2017

Azərbaycan millisinin baş məşqçisi kimi AFFA ilə müqaviləsi bu ilin dekabr ayında başa çatacaq Robert Prosineçki Bakıya gəlib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Xorvatiyanın "sportarena.hr" saytı məlumat yayıb. Saytın yazdığına görə, xorvat mütəxəssis AFFA ilə danışıqlar üçün Bakıya qayıdıb. O, Bakıya səfərdən əvvəl sözügedən sayta açıqlama verib. Prosineçki Azərbaycan millisində qala biləcəyi ilə bağlı suallara cavab verib:

 

“Yəqin ki, bu gecə mənə yeni təklif gələcək. Bakı həqiqətən fantastik şəhərdi, böyük paytaxtdı. Burda yaşamaq məni heç narahat etmir. Mənə olan hörmət də kifayət qədərdi. Üstəlik, uşaqlar burda beynəlxalq məktəbə gedir və lazımi təhsili alırlar. Azərbaycan yığması ilə çox işlər görmüşük. Heç kimin bu danmağa haqqı yoxdu. Amma yığmanın mənim iddialarıma cavab verdiyinə əmin deyiləm”.

 

Qeyd edək ki,Robert Prosineçkili Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsini 10 xalla başa vurub.


Digər xəbərlər

Xəbər xətti