"Qalatasaray" yenə "Yuventus"un futbolçusunu istəyir

16:16 26 Oktyabr 2017

“Qalatasaray” rəhbərliyi qış transferi dövründə heyəti bir qədər də gücləndirmək niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, “cim-bom” müdafiənin sol cinahına “Yuventus”un üzvü Kvadvo Asamoanı transfer etmək istəyir. 28 yaşlı qanalı futbolçunun “qoca sinyora” ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. İstanbul klubu bu keçidi maksimum 1,5 milyon avro qarşılığında həyata keçirmək arzusundadılar. “Yuve” Asamoanı qışda buraxmasa, “Qalatasaray” sözügedən futbolçunu yayda heyətinə havayı qata bilər. 

 

Asamoanın da Türkiyəyə köçməyə razı olduğu bildirilir. Digər maraqlı məqam isə "Qalatasaray"ın əsas rəqibi "Fənərbaxça"nin də futbolçuya göz qoymasıdır. 

 

Qeyd edək ki, İstanbul təmsilçisi hələ yay transfer pəncərəsi zaımanı futbolçunu transer etməyə yaxın olsa da, "Yuventus" Asamoanı son anda satmaqdan imtina etmişdi.


Digər xəbərlər

Xəbər xətti