"Qarabağ"ın futbolçusu millinin vacib oyunlarına çağırıldı

17:41 26 Oktyabr 2017

"Qarabağ"ın hücumçusu Dino Ndlovu növbəti dəfə Cənubi Afrika Respublikasının (CAR) milli komandasına dəvət alıb. 
 

Sportarena.az xəbər verir ki, baş məşqçi Stüart Bakster 27 yaşlı futbolçunu Seneqalla oyunlara çağırıb. 26 oyunçudan ibarət heyət ilk görüşünü noyabrın 10-da öz meydanında keçirəcək. Bu qarşılaşma əslində ötən il oynanılıb və CAR yığmasının qələbəsi ilə yekunlaşıb - 2:1. Lakin FİFA baş hakimin şübhəli qərarlar verdiyini əsas gətirərək, matçın yenidən keçirilməsinə qərar verib. Nəticədə görüş təxirə salınıb.

 

Noyabrın 14-də isə Seneqal və CAR Dakarda üz-üzə gələcək. 4 görüşdən sonra Seneqal 8 xalla D qrupuna başçılıq edir. Burkina Faso və Kabo Verde 5 oyundan 6 xal toplayıb. CAR isə 4 oyuna 4 xal toplayıb. Dino Ndlovunun komandası hər iki görüşdə qələbə qazansa, qrup lideri kimi 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq.


Xəbər xətti