Ağsu və Binədə "qol yağışı"

18:24 26 Oktyabr 2017

Futbol üzrə Azərbaycan birinci divizionunda 5-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, lider "Qaradağ Lökbatan" autsayder "Zaqatala"nı bir qolla məğlub edərək, ilk pillədəki mövqeyini bu turda da qoruyub saxlayıb. "Zaqatala" isə cari mövsümdə keçirdiyi 5-ci oyundan da məğlubiyyətlə ayrılıb. "Ağsu" evdə "Mil-Muğan"a, "Şüvəlan" isə səfərdə "Binə"yə eyni hesabla qalib gəlib - 3:2.  

 

Turun digər iki oyunu sabah keçiriləcək. 

 

Birinci divizion, 5-ci tur

26 oktyabr

Ağsu - Mil-Muğan 3:2

Qol: Əlimərdan Əlimərdanlı, 42. Rəvan Kərimov,55-pen. Ramil Əliyev, 90+1 - Bayram Əliyev, 18. Samir Babayev, 84-pen.

 

Binə - Şüvəlan 2:3

Qol: Bəxtiyar Soltanlı, 20. Məhəmməd Bədəlbəyli, 72 - Nuqzar Kvirtiya, 15. Hüseyn Axundov, 65. Fərid Abbaslı, 75 - öz qapısına.

 

Qaradağ Lökbatan - Zaqatala 1:0

Qol: Emin Mustafayev, 50.


Digər xəbərlər

Xəbər xətti