14 yaşında debüt etdi, qol vurdu

18:43 26 Oktyabr 2017

Rumıniya kubokunda maraqlı rekord qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, “Styaua” 3-cü liqa təmsilçisi “Sanatatea Kluj”la matçda 14 yaşlı futbolçuya əsas komandada debüt etmək şansı verib. Yanis Stoyka hesab 5:1 komandasının xeyrinə olarkən meydana daxil olub. O, oyunun son dəqiqələrində qol vuraraq, matçda yekun hesabı müəyyənləşdirib.

 

“Styaua”dan başqa, “Vitorul”un baş məşqçisi George Haci da kubok oyununda 14 yaşlı 2 futbolçuya əsas komandada debüt etmək şansı verib.


Xəbər xətti