Dəniz oynadı, “Bursaspor” mərhələ adladı

10:17 27 Oktyabr 2017

Futbol üzrə Türkiyə Kubokunda 4-cü təsnifat mərhələsinin oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” da bu turnirdə növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə aşağı liqa təmsilçisi “Yeni Altındağ”la qarşılaşıb. Matçın əsas və əlavə vaxtı qolsuz başa çatdığından, qalib penaltilərlə müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən bursalılar növbəti mərhələyə vəsiqə qazanıblar.

 

Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.


Xəbər xətti