“Atletiko” “Qarabağ”la oyundan öncə “Visente Kalderon”a qayıdacaq

12:16 27 Oktyabr 2017

“Atletiko” müvəqqəti olaraq yeni stadionu “Vanda Metropolitano”nu tərk edərək, köhnə ünvanı - “Visente Kalderon”a qayıdacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Marka” nəşri yayıb. “Hindular” oktyabrın 30-da, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la ev oyunundan öncəki son məşqini məhz köhnə evində keçirəcək. Ancaq Dieqo Simeonenin oyunöncəsi mətbuat konfransı isə “Vanda Metropolitano” stadionunda baş tutacaq.

 

Xatırladaq ki, “Atletiko” “Visente Kalderon”da son oyununu keçirsə də, arena hələ fəaliyyətini davam etdirir. Belə ki, klubun qadınlardan ibarət “Atletiko Femenino” komandası hələ də bu arenanın xidmətindən istifadə edir. Bundan əlavə, Madrid təmsilçisinin rəsmi mağazaları və ofisi də bu stadionda fəaliyyətini davam etdirir. “Visente Kalderon” stadionunun sökülməsi ilə bağlı qərar hələ ki, qəbul edilməyib.


Xəbər xətti