Elxan Məmmədov Ağasəlim Mircavadovu təbrik etdi

12:41 27 Oktyabr 2017

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov əməkdar məşqçi, “Şöhrət” ordeni laureatı, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovla görüşüb.

 

Sportarena.az xəbər verir ki, baş katib Mircavadovu 70 illik yubileyi münasibətilə AFFA rəhbərliyi adından təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

 

Yubilyar göstərilən diqqətə görə AFFA rəbhərliyinə minnətdarlığını bildirib.


Xəbər xətti