Runiyə zibil yığdırırlar - FOTO

12:57 27 Oktyabr 2017

Sərxoş halda avtomobil idarə etdiyi üçün ötən ay saxlanılan “Everton”un hücumçusu Ueyn Runinin ictimai işlərə cəlb edilməsi barədə məhkəmə qərarının icrası davam edir.

 

Sportarena.az xəbər verir ki, bir müddət əvvəl küçələrin boyalanması işinə cəlb edilən futbolçu bu dəfə Makklsfilddəki parklardan birində işləyərkən görüntülənib. O, burada oturacaqları rəngləyir və zibilləri yığıb.

 

Qeyd edək ki, sentyabrda məhkəmənin verdiyi qərara əsasən, Runi 100 saat ictimai işlərə cəlb edilib. 

 


Digər xəbərlər

Xəbər xətti