"Qarabağ"ın Madriddəki məşqinin vaxtı məlum oldu

15:21 27 Oktyabr 2017

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə səfər oyunu üçün Madriddəki hazırlıq planı bəlli olub.

 

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubunun Madriddə bir məşqi olacaq. “Vanda Metropolitano” stadionunda keçiriləcək məşq oktyabrın 30-u yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 20:30) başlayacaq.

 

Qeyd edək ki, "Atletiko" - "Qarabağ" görüşü oktyabrın 31-i  keçiriləcək. Bu komandalar arasında Bakıdakı ilk oyun 0:0 hesabı ilə başa çatıb.


Xəbər xətti